“Bu da onların yüksək keyfiyyətə malik oyunçular olmasından irəli gəlir”
29.03.2015 - 07:38
“Bu da onların yüksək keyfiyyətə malik oyunçular olmasından irəli gəlir”

“İki real qol şansımız oldu, ancaq dəyərləndirə bilmədik. Rəqib isə yaratdığı imkanı qola çevirməyi bacardı”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin (U-19) baş məşqçisi Nikolay Adam deyib.

 

Almaniyalı mütəxəssis 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsində keçirilmiş İngiltərə – Azərbaycan oyunu barədə affa.az-a açıqlama verib.

 

O, 0:1 hesabı ilə uduzduqları matçda rəqibin üstün olduğu cəhəti açıqlayıb: “Bu da onların yüksək keyfiyyətə malik oyunçular olmasından irəli gəlir. Fikrimcə, ölkəmizi burada yaxşı təmsil edirik. Kollektiv olaraq düzgün seçim edib, yaxşı futbolçuları yığmaya dəvət etmişik. Uşaqlar həm öyrənməyi bacarırlar, həm də bunu istəyirlər. Bu uşaqlarla işləmək mənə rahatdır. Çünki onlar bizi dinləyib tapşırıqlarımızı meydanda həyata keçirirlər. Məqsədimiz odur ki, qarşıdakı iki gündə bərpa prosesi keçib, uşaqların hansı vəziyyətdə olduğunu müəyyənləşdirək. Zədəli futbolçularımız var, eyni zamanda iki sarı vərəqəsi olan İlyas Səfərzadə növbəti oyunda cəzalıdır. Əlbəttə, qrupu 3 xalla tamamlamaq istəyirik. Bunu daha çox uşaqlar istəyir. Onların bu istəkdə olmaları məni şad edir”.

0