“Qəbələ” 5 top fərqi ilə qalib gəldi
29.03.2015 - 07:58
“Qəbələ” 5 top fərqi ilə qalib gəldi

Milli komandaların oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranan fasilə dövründə hazırlıqlarını doğma şəhərində davam etdirən “Qəbələ” yoxlama oyununda qüvvəsini sınayıb. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, əvəzedici heyətlə üz-üzə gələn əsas komanda 7:2 hesabı ilə qalib gəlib.
 

Roman Qriqorçuk bu qarşılaşmada aşağıdakı start heyətinə şans verib: Dmitri Bezotosnı, Rafael Santos, Pavol Farkaş, Rikardinyo, Ürfan Abbasov, Aleksey Qay, Mixail Sivakov, Rəşad Sadiqov, Ekiqo Ehisoun, Bəxtiyar Soltanov, Viktor Mendi.

 

Matçın gedişində Adrian Ropotan Rafael Santosu əvəzləyib ki, bunadək dayaq yarımmüdafiəçisi kimi çıxış edən Sivakov müdafiənin mərkəzinə keçib. Bundan başqa, Tellur Mütəllimov Mendi, Ruslan Tağızadə Ehiosunun əvəzinə meydana daxil olub.
İlk yarıda Qay, Soltanov və Rikardinyo əvəzedicilərin qapısına yol tapıb. Fasilədən sonra əvvəl Sivakov, ardınca əvəzedicilər fərqlənib. Mendi, Rikardinyo və Sadiqovun qollarından sonra isə Luis Araqonun yetirmələri daha bir dəfə fərqlənməyə nail olub.
 

Qeyd edək ki, fasilədən sonra baş tutacaq XXVII turda istirahət edəcək “Qəbələ”nin əsas komandası XXVIII tur çərçivəsində aprelin 5-də Bakıda AZAL-la qarşılaşacaq.

0