[b]Prosineçki 66 ilə başladı[/b]
29.03.2015 - 08:46
[b]Prosineçki 66 ilə başladı[/b]

AVRO-2016-nın seçmə mərhələsinin Malta ilə ev oyununda 2:0 hesabı ilə qalib gələn Azərbaycan millisinin FİFA reytinqindəki qazancı bəlli olub. Apasport.az saytının məlumatına görə, Robert Prosineçkinin yetirmələri qələbə sayəsində bir matç üçün 408 xal əldə edib.

 

Bu 408 xallıq qazanc isə 4 ilin nəticələrinə əsasən hesablanan reytinq cədvəlində də əksini tapıb. Belə ki, son siyahıda 198 xala malik yığmamız aprel reytinqində bu rəqəmi 264-ə çatdıracaq.

 

66 xal artımı isə millinin mövqeyinə də təsir edəcək. Yəni 139-cu olan komandamızın irəliləyişi dəqiqdi. Bu xal indiki siyahıda 117-ci olmağa da kifayət edərdi. Bu da indiki mövqeyimizdən 22 pillə yüksəkdi. Lakin digər komandaların da oyunlarının olması, bəzi matçların isə hələ qarşıdakı günlərdə keçirilməsi bu rəqəmin fərqli olması ehtimalı yaradır. Amma təxminən 20 pilləlik irəliləyiş gözləniləndi.

 

Qeyd edək ki, bu matç Prosineçkinin millimizdə debüt oyunu idi.

0