[b]Rəşad Sadıqovun qələbə şərhi[/b]
29.03.2015 - 09:28
[b]Rəşad Sadıqovun qələbə şərhi[/b]

“Qəbələ qazanacağımıza söz vermişdik. Əvvəldən də erkən qol vurmaq istəyirdik. Amma rəqib qapısına daha tez yol tapdıq”. Bu sözləri apasport.az saytına yığmanın kapitanı Rəşad Sadıqov deyib.

 

Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində 5-ci oyununa çıxan millimiz bu dəfə azarkeşləri sevindirə bilib. Oyunun əvvəlində Cavid Hüseynovun, son dəqiqələrdə isə Dmitri Nazarovun qolu sayəsində 2:0 hesabı ilə Maltanı məğlub edən millimiz ilk qələbəsini qazandı. Məğlub etdiyi rəqibini qabaqlayan yığmamız indi 5-ci pillədə yer alıb. Oyundan sonra qısa açıqlama verən Sadıqov hesabı açdıqdan sonra bir qədər arxaya çəkilmələrinə də aydınlıq gətirib: “Qoldan sonra ehtiyatlı oynamağa çalışdıq. İkinci hissədə rəqib pressinq tətbiq etməyə çalışdı. Bununla belə, ikinci qolu vurduq və bizim üçün vacib olan 3 xalı qazandıq”.

 

0