Zak Muskat: Belə oyunlarda erkən qol təsirini göstərir - MÜSAHİBƏ
29.03.2015 - 10:00
Zak Muskat: Belə oyunlarda erkən qol təsirini göstərir - MÜSAHİBƏ

2016-cı il Avropa çempionatının seçmə qrup mərhələsində Azərbaycan yığmasına 0:2 hesabı ilə uduzan Malta millisinin yarımmüdafiəçisi Zak Muskat oyundan sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.

 

- Nəticə sizin üçün gözlənilməz olmadı?

- Çətin olacağını bilirdik. Çünki qrupda bir-birinə yaxın komandalar qarşılaşırdı. Erkən qol vurmağınız yığmanıza üstünlük qazandırdı. Bundan sonra oyun bizim üçün təhlükəli alındı. Hərçənd, fasiləyə qədər hesabı bərabərləşdirə bilərdik. Effionq qapıçı ilə üzbəüz qaldığı epizodu qola çevirsəydi… Artıq bu oyunu unutmalı, qarşıdakı matçlar haqda düşünməliyik.

 

- Sizcə, oyunun taleyini erkən qol həll etdi?

- Bu qol sizin üçün üstünlük yaratdı. Amma biz bunun cavabını erkən verə bilərdik. Həmin epizodda qapıçınız yaxşı oynadı. Bu cür oyunlarda vurulan erkən qol öz təsirini göstərir.

 

- Azərbaycan yığmasının hansısa oyununu izləmişdiniz?

- Əlbəttə. Bizdən əvvəl Norveçlə qarşılaşmışdınız və növbəti oyununuzu da onlara qarşı keçirəcəksiniz. Norveçlə Bakıdakı oyununuzu izləmişdik. Ancaq həmin oyundan sonra yeni baş məşqçi təyin edildi, heyətdə dəyişikliklər oldu.

 

- Dəyişikliklər deyərkən, nələri qeyd edə bilərsiniz?

- Futbolçularınız topla daha çox oynadı. Üstəlik, ötürmələrə də çox yer verdilər. Bunun sayəsində topu özlərində saxlayırdılar.

 

- Siz bura Gürcüstanla yoxlama oyunu keçirib gəldiniz. Ola bilərmi, həmin qarşılaşmada iştirak edən futbolçuların bir qismi yorğun olsun və bu də yığmamızla oyuna təsirini göstərsin?

- Əlbəttə, təsirsiz ötüşmədi. Bəzi futbolçularımızda yorğunluq var idi. Bura uçuş saatlarını da əlavə etsək, mənzərə aydın olar. Ancaq baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə, oyuna konsentrasiya olmağa çalışdıq.

 

0