[b]“Neftçi”nin prezidenti istefa verdi[/b]
30.03.2015 - 13:43
[b]“Neftçi”nin prezidenti istefa verdi[/b]

“Neftçi”nin prezidenti Sadıq Sadıqov vəzifəsindən ayrılmaq qərarına gəlib. Apasport.az saytının əldə etdiyi məlumata görə, Sadıqov artıq istefa verib. İstefanın səbəbləri hələlik açıqlanmır. 

 

Qeyd edək ki, 2009-cu ildən “Neftçi”nin rəhbər vəzifəsini yerinə yetirən Sadıq Sadıqovun dövründə komanda 3 dəfə Azərbaycan çempionu, 2 dəfə ölkə kubokunun qalibi olub, 1 dəfə də Avropa Liqasının qrup mərhələsində iştirak edib.

0