[b]SOCAR Sadıq Sadıqovla bağlı yayılan xəbərlərə münasibət bildirdi[/b]
30.03.2015 - 16:30
[b]SOCAR Sadıq Sadıqovla bağlı yayılan xəbərlərə münasibət bildirdi[/b]

“Heç bir istefadan söhbət getmir. Sadıq Sadıqov “Neftçi”dəki fəaliyyətini davam etdirir”. Bu sözləri apasport.az saytına SOCAR-ın ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev deyib.

 

O bildirib ki, “Neftçi”də struktur dəyişikliyi olub və Sadıq Sadıqov bundan sonra “Neftçi” İdman Klubunun rəhbəri vəzifəsini yerinə yetirəcək: “Sadıq Sadıqov hazırda “Neftçi” İdman Klubunun rəhbəri, eyni zamanda “Neftçi” PFK-nın prezidentidi. “Neftçi” PFK “Neftçi” İdman Klubunun tərkibinə verilib. Bununla bağlı bəzi Nizamnamə və struktur dəyişiklikləri gözlənilir. Həmin dəyişikliklə bağlı da ictimaiyyətə əlavə məlumat veriləcək”.

 

“Neftçi” klubunun rəsmi saytı da bununla bağlı məlumat yayıb. Bildirilir ki, heç bir istefadan söhbət gedə bilməz: “Sadıq Sadıqov "Neftçi" İdman Klubu İctimai Birliyinin rəhbəri, eyni zamanda "Neftçi" PFK-nın da prezidentidi. "Neftçi" PFK bir müddət əvvəl "Neftçi" İdman Klubu İctimai Birliyinin tərkibinə verilib. Bununla bağlı bəzi Nizamnamə və struktur dəyişiklikləri gözlənilir”.

 

Qeyd edək ki, bu gün mətbuatda “Neftçi”nin prezidenti Sadıq Sadıqoun istefa verdiyi, bu posta isə Çingiz Abdullayevin gətirildiyi xəbəri yayılmışdı.

0