[b]Türkiyədən qələbə, İspaniya və Portuqaliya uduzdu - YENİLƏNİB[/b]
01.04.2015 - 01:46
[b]Türkiyədən qələbə, İspaniya və Portuqaliya uduzdu  - YENİLƏNİB[/b]

Ötən gün milli komandaların iştirakı ilə yoldaşlıq oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, AVRO-2016-nın seçmə mərhələsinin V turunun qarşılaşmalarının ardından yığmalar yoxlama matçlarında qüvvəsini sınayıb.

 

Günün ən maraqlı oyunları Avropada baş tutub. 5 il əvvəl dünya çempionatının finalında üz-üzə gələn İspaniya ilə Hollandiya yenidən qarşılaşıb. Görüşdə “Zambaqlar ölkəsi” 2:0 hesabı ilə qalib gəlib.

 

Seçmə mərhələdə Azərbaycan yığmasının rəqibi olan İtaliya isə İngiltərə ilə görüşdə qüvvəsini sınayıb. Hərəyə 1 dəfə fərqlənən komandalar meydanda “sülh bağlayıb” – 1:1.

 

Qonşu Türkiyə millisi isə Lüksemburqla səfər matçında gücünü yoxlayıb. “Ay-ulduzlar” 1:2 hesablı qələyə sevinib.

 

Vaxtilə eyni ölkəni təmsil edən komandaların duelləri də diqqət çəkib. Rusiya Qazaxıstanla (0:0), Ukrayna Latviya (1:1) ilə bərabərə qalıb. Slovakiya isə Çexiyanı üstələyib – 1:0.

 

 

Yoldaşlıq oyunları

Yaponiya – Özbəkistan - 5:1

Cənubi Koreya – Yeni Zelandiya - 1:0

Sinqapur - Quam - 2:2

Çin – Tunis - 1:1

Lixtenşteyn – San-Marino - 1:0

Estoniya – İslandiya - 1:1

İsveçrə - ABŞ - 1:1

Rusiya - Qazaxıstan - 0:0

İsveç - İran - 3:1

Ukrayna - Latviya - 1:1

Lüksemburq – Türkiyə 1:2

Avstriya – Bosniya və Herseqovina 1:1

Slovakiya – Çexiya - 1:0

İtaliya – İngiltərə - 1:1

Hollandiya – İspaniya - 2:0

Portuqaliya – Kabo Verdea - 0:2

0