[b]Flavinyo nə vaxt qayıdacaq?[/b]
31.03.2015 - 13:48
[b]Flavinyo nə vaxt qayıdacaq?[/b]

Topaz Premyer Liqasının XXVII turu çərçivəsində “Bakı” ilə qarşılaşacaq “Neftçi” hazırlıqlarını tamamlamaq üzrədi. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi bu qarşılaşmaya ciddi itkilərlə çıxacaq.

 

Karlos Kardoso və Erik Ramos cəza ucbatından sabah meydançaya çıxmayacaqlarsa, 3 oyunçu zədədən əziyyət çəkir. Mövsümü qapayan Ernest Nfora daha iki futbolçu qoşulub. Bunlar Flavinyo və Məqsəd İsayevdi. Hər iki oyunçunun zədəsi kamerunlu kimi ciddi olmasa da, onlar “Bakı” ilə görüşü buraxmalı olacaqlar. Həkimlər onlara aprelin 5-də XXVIII tur çərçivəsində “Simurq”la baş tutacaq görüşə yetişdirməyə çalışırlar.

 

Qeyd edək ki, “Neftçi” – “Bakı” oyunu sabah saat 17:00-da başlayacaq.

0