Reynaldo və onun 2,5 misli
31.03.2015 - 14:26
Reynaldo və onun 2,5 misli

UEFA avrokuboklar tarixinin ən məhsuldar futbolçularının siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, qitə miqyaslı turnirlərdə ən azı 20 oyun keçirən futbolçular arasında mütləq rekord Radamel Falkaoya məxsusdu.

 

42 görüşdə 38 top vuran kolumbiyalının orta məhsuldarlığı 0,90-a bərabərdi. 2-ci sırada almaniyalı Herd Müller (0,87), 3-cü pillədə isə fransalı Stefan Quivak (0,86) qərarlaşıb. Maraqlıdı ki, UEFA-nın “Top-10”unda Falkaodan başqa karyerasını davam etdirən başqa kimsə yoxdu. Hətta bombardirliyi ilə seçilən Lionel Messi və Kriştianu Ronaldonun da göstəriciləri onların “onluğ”a düşməsinə imkan verməyib.

 

Azərbaycan klublarının heyətində 20-dən çox avrokubok matçı keçirənlər arasında ən yüksək məhsuldarlıq göstərən futbolçu isə Reynaldodu. “Qarabağ”ın braziliyalı legioneri 7-si Ağdam təmsilçisində olmaqla, 8 qola sevinib. O, bunu avrokuboklardakı 22 görüşdə bacarıb.

 

Braziliyalının orta məhsuldarlığı 0,36-ya bərabərdi. Bu isə Avropanın ən yaxşısı Falkaonun göstəricisinin 40 faizinə bərabərdi. Yəni, kolumbiyalı Reynaldonun 2,5 mislinə bərabər nəticə göstərir.

0