İbrahim Şehiç: “İnter” daha vacibdi, nəinki Avstriya
31.03.2015 - 15:09
İbrahim Şehiç: “İnter” daha vacibdi, nəinki Avstriya

“Qarabağ”ın futbolçusu İbrahim Şehiç düşərgəsində olduğu Bosniya və Herseqovina millisinin düşərgəsini tərk edib. Apasport.az saytının məlumatına görə, bunu balkanlıların baş məşqçisi Mehmet Bajdareviç açıqlayıb.

 

O bildirib ki, qolkiper yığmanın düşərgəsini tərk edib. Uzun fasilədən sonra milliyə çağırılan Şehiç Andorra ilə AVRO-2016-nın seçmə mərhələ oyununda (3:0) ehtiyatda qalıb. Amma İbrahim millisi ilə Vyanaya yollanmayıb.

 

Bu gün Avstriya yığması ilə yoxlama oyunu keçirəcək bosniya və herseqovinalılar qapıçının düşərgəni tərk edib, “Qarabağ”a qoşulmaq istəyən qapıçıya əngəl olmayıb. Məsələ ondadı ki, futbolçu Topaz Premyer Liqasında vacib oyunun – “İnter”lə görüşün olduğunu əsas gətirərək, Bajdareviçdən icazə istəyib. Avstriyada əsasən gənclərə güvənmək niyyətində olan mütəxəssis də onun xahişini müsbət dəyərləndirib.

 

Qeyd edək ki, Avstriya – Bosniya və Herseqovina qarşılaşması Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.

0