[b]Mahir Şükürovun hərəkəti “Karşıyaka” rəhbərliyini əsəbləşdirdi[/b]
31.03.2015 - 15:47
[b]Mahir Şükürovun hərəkəti “Karşıyaka” rəhbərliyini əsəbləşdirdi[/b]

Millimizin futbolçusu Mahir Şükürov çıxış etdiyi “Karşıyaka” klubunun rəhbərliyini və məşqçilər korpusunu özündən çıxarıb. Apasport.az saytının Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, buna həmyerlimizin hələ də klubunun düşərgəsinə qayıtmaması səbəb olub.

 

Martın 28-də Malta ilə keçirilən oyun üçün Azərbaycan yığmasının düşərgəsinə gələn Şükürov sabahısı Türkiyəyə qayıtmalı idi. Mahir gecikdiyi üçün rəhbərlik onunla əlaqə saxlamalı olub. Şükürov cavabında pasportunda boş səhifənin qalmadığını və İzmirə yeni pasport aldıqdan sonra çərşənbə günü qayıdacağını deyib. Mahirin bu cavabı rəhbərliyi əməlli-başlı özündən çıxarıb. Onlar həmyerlimizdən bu məsələ ilə bağlı niyə vaxtında məlumat vermədiyini soruşublar. “Karşıyaka” rəsmiləri Şükürovun ölkəsində daha çox qalmaq istəməsi və bu səbəbdən bəhanə gətirdiyini düşünüblər.

 

Qeyd edək ki, karyerası ərzində “Antalyaspor” (Türkiyə) və “Anji”də (Rusiya) də legioner həyatı yaşamış Mahir Şükürov “Karşıyaka”da ötən ildən çıxış edir. 

0