Qazaxıstan DÇ-2026-ya ev sahiblik etmək istəyir
31.03.2015 - 20:49
Qazaxıstan DÇ-2026-ya ev sahiblik etmək istəyir

Qazaxıstan 2026-cı ildə keçirilməsi nəzərdə tutulan dünya çempionatına ev sahiblik etmək istəyir. Apasport.az saytının məlumatına görə, bu haqda ölkənin futbol federasiyasının prezidenti Yerlan Kojaqapanov deyib.

O bildirib ki, hazırda ölkə rəhbərliyi ilə konsultasiya keçirilik: “Bizdə iqtisadiyyat fəal artır. Qazaxıstan inkişaf edir və ona görə niyə də dünya çempionatına ev sahibliyi etməyək? Biz 2022-ci ilidə Qış Olimpiadasını keçirmək istəyirik. Daha sonra planlarda dünya çempionatı üçün mübarizə aparmaqdı”.

Qeyd edək ki, 2026-cı ildə keçiriləcək mundiala ev sahiblik edəcək ölkənin adı 2 ildən sonra - 2017-ci ilin mayında bəlli olacaq.

 

0