[b]“Qarabağ”ın birinci yerdə olması təsadüf deyil” [/b]- MÜSAHİBƏ
31.03.2015 - 23:00
[b]“Qarabağ”ın birinci yerdə olması təsadüf deyil” [/b]- MÜSAHİBƏ

"İnter"in futbolçusu Derlis Meza Kollinin apasport.az saytına müsahibəsi

 

- Topaz Premyer Liqasının XXVII turunda "Qarabağ"la qarşılaşacaqsız. Bu oyunda hansı nəticəyə ümid edirsiz?

- Şanslar bərabərdi. Oyun 90 dəqiqədən ibarətdi. Güclü olan sonda qələbə qazanacaq. "İnter" öz futbolunu oynayacaq.

 

- "Qarabağ"la oyunlar "İnter" üçün adətən çətin keçir. Bunun səbəbini nədə görürsünüz?

- "Qarabağ" demək olar ki, 6-7 ildi eyni futbolçularla oynayır. Heyətini qoruyub saxlayıb, yalnız 1-2 dəyişiklik olub. Yəni oturuşmuş heyətə malikdi. Çox güclü rəqibdi, yaxşı komandadı. "Qarabağ"ın birinci yerdə olması təsadüf deyil. Odu ki, çox çətin oyun olacaq.

 

- "İnter" mövsümü çempion kimi bitirə bilərmi? Yoxsa ikinci pillədən düşməmək haqda düşünürsüz?

- Çempion olmaq üçün təbii ki, qələbə qazanmalısan. Rəqiblərinə qalib gəldikdən sonra yekunda çempion olursan. Düşünürəm ki, ancaq bu halda qızıl medallara sahib çıxmaq mümkündü.

 

- Avrokuboklara vəsiqəni demək olar ki, təmin etmisiz. Bu heyətlə "İnter" Avropa arenasında hansı nəticəyə imza atmaq gücündədi?

- Bunu indidən deyə bilmərəm. Ötən il Avroliqada çıxış etdik. Çox yaxşı oynadıq. Qrupa düşməyə şansımız da var idi. Təəssüf ki, bəxtimiz gətirmədi. Penaltilər seriyasında məğlub olduq. Bu dəfə necə olacağını zaman göstərəcək. Fikrimcə, yenə şansımız var. Çünki komandamız yaxşı futbolçulardan qurulub. İndiki məqamda bizi yalnız Azərbaycan çempionatı düşündürür. Avrokuboka vəsiqəni təmin etdikdən sonra o barədə fikirləşərik. Ola bilsin, yayda heyət dəyişikliyi oldu. Amma nə olursa-olsun, "İnter" həmişə iddialı komandadı. Avrokuboka da çıxsaq, iddiamızı davam etdirəcəyik.

 

- Yeri gəlmişkən, Kaxaber Sxadadzenin yayda "İnter"dən ayrılacağından sonra bir çox futbolçunun komandanı tərk edəcəyi gözlənilir. Siz qalıb-qalmayacağınızı müəyyənləşdirmisizmi?

- İndi bu haqda heç nə deyə bilmərəm. Kaxa yayda gedəcək. Amma onu deyim ki, Sxadadze çox yaxşı məşqçidi. O, 5-6 ildi burda çalışır. Yəqin ki, təzə məşqçi də gələndə çalışacaq ki, bu heyəti qoruyub saxlasın.

 

- Baş məşqçi kimi, klubun rəhbəri də dəyişir...

- Bəli, yeni baş məşqçi, yeni rəhbərlik olacaq. Məncə, "İnter" öz səviyyəsində qalacaq. Hətta ola bilsin ki, bir az da yuxarı səviyyəyə qalxsın.

 

- Artıq bir müddətdi ki, "İnter"də çıxış edirsiz. Azərbaycan futbolu, ölkə çempionatı haqda ümumi fikirləriniz necədi?

- Çox yaxşı çempionatdı. 5-6 komanda var ki, onlar həmişə iddialıdılar, çempionluq və medallar uğrunda mübarizə aparırlar. Futbolçuların səviyyəsi də yaxşıdı. Bir sözlə, Azərbaycana gəldiyim üçün peşman deyiləm.

 

Tengiz MƏMMƏDOV

 

0