“Roma”nın hücumçusu 3 həftəlik sıradan çıxdı
31.03.2015 - 22:08
“Roma”nın hücumçusu 3 həftəlik sıradan çıxdı

“Roma” ciddi itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, “canavarlar”ın hücumçusu Jervinyo zədələnərək, 3 həftəlik sıradan çıxıb.

 

Fil Dişi Sahili millisinin futbolçusu dizaltı vətərindən zədə alıb. O, Ekvatorial Qvineyası ilə yoldaşlıq matçının 39-cu dəqiqəsində meydanı tərk etmək məcburiyyətində qalıb.

 

Qeyd edək ki, Jervinyo cari mövsümdə A seriyasında 19 görüşdə meydan çıxıb və 2 qola imza atıb.

0