[b]“Neftçi” yeni rəhbərliyinə qələbə hədiyyə etdi, "Xəzər Lənkəran"dan əzmkar qələbə[/b]
01.04.2015 - 17:56
[b]“Neftçi” yeni rəhbərliyinə qələbə hədiyyə etdi, "Xəzər Lənkəran"dan əzmkar qələbə[/b]

Bu gün Topaz Premyer Liqasında XXVII tura start verilib. Apasport.az saytının məlumatına görə, yığmaların oyunları ilə əlaqədar yaranan 13 günlük fasilədən sonra komandalar III dövrənin son görüşlərinə çıxıblar.

 

“Simurq” doğma publika önündə AZAL-ı qəbul edib. 4-cü yeri ələ keçirmək iddiasında olan Zaqatala klubunun məqsədi mütləq qalib gəlmək idi. Elə AZAL da bu iddiada idi və “təyyarəçilər” qələbə qazanaraq, “Simurq”u geridə qoyacaqdı. Gərgin mübarizə şəraitində keçən qarşılaşmanın taleyini 1 qol həll edib. Draqan Çeranın penaltidən vurduğu yeganə qol “Simurq”u həm AZAL-dan bir qədər uzaqlaşdırıb, həm də 4-cü pilləyə yüksəldib.

 

“Xəzər Lənkəran” evdə “Sumqayıt”la üz-üzə gəlib. Qonşu pillələrdə qərarlaşan komandalar ilk 2 dövrədə hərəyə bir dəfə qələbə sevinci yaşamışdılar. “Gənclər şəhəri” təmsilçisi səfərdən qalibiyyətlə qayıtmaqla, cənublularla xal fərqini 1-ə endirə bilərdi. Görüşdə hesabı açan tərəf də “Sumqayıt” olub. Lakin qarşılıqlı qollarla keçən matçda son nöqtəni “Xəzər Lənkəran” qoyub və əzmkar qələbə qazanıb.

 

Günün son oyununda “Neftçi” “Bakcell Arena”da “Bakı” ilə münasibətlərinə aydınlıq gətirib. Paytaxt derbisində “ağ-qaralar” 3-cü pillədəki mövqeyini daha da möhkəmlətmək və 2-ci yerdəki “İnter”ə yaxınlaşmaq üçün qələbə qazanmaq məcburiyyətində idi. Yeni rəhbər heyətin idarəçiliyində ilk görüşünə çıxan “Neftçi” autsayderi 2 cavabsız qolla üstələyib. Bununla “zolaqlılar”ın qələbə həsrəti 16 oyuna yüksəlib.

 

Qeyd edək ki, XXVII turda “Qəbələ” istirahət edəcək. “Qarabağ” – “İnter” matçı isə sabah baş tutacaq.

 

 

Topaz Premyer Liqası

XXVII tur

1 aprel

 “Xəzər Lənkəran” – “Sumqayıt” - 3:2

Qollar: Rasim Ramaldanov, 30; Ruslan Poladov, 63 (avtoqol); Adrian Skarlatake, 87- Slavik Alxasov, 10; Aleksandr Çertoqanov, 69
Hakimlər:Elvin Əsgərov, Knyaz Əmiraslanov, Akif Əmirəli, Etibar Həsənov

İlk 2 dövrədəki oyunlar: 0:1, 2:1
“Xəzər Lənkəran” mərkəzi stadionu

“Xəzər Lənkəran”: 19. Vyekoslav Tomiç, 3. Rasim Ramaldanov, 7. Sadio Tounkara, 10. Ağabala Ramazanov, 14. Rahid Əmirquliyev (k), 17. Kazım Kazımlı, 18. Tural Cəlilov, 27. Adrian Skarlatake, 63. Alfred Sanko, 72. Elvin Mirzəyev, 99. Mahsun Qəmbərli

Ehtiyat oyunçular: 1. Orxan Sadıqlı, 4. Ruslan Cəfərov, 8. Elşən  Rzazadə, 20. Elsevər Bəkirzadə, 23. Cavid Bağırzadə, 32. Zaman Mirzəzadə, 96. Anar Babazadə

Baş məşqçi: Elbrus Məmmədov

“Sumqayıt”: 1. Andrey Popoviç, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov, 7. Ruslan Poladov (k), 14. Məhəmməd Qurbanov, 15. Nodar Məmmədov, 18. Aleksandr Çertoqanov, 22. Tofiq Mikayılov, 45. Murad Ağayev, 76. Uğur Pamuk, 92. Bəxtiyar Həsənalızadə

Ehtiyat oyunçular: 63. Şahruddin Məhəmmədəliyev, 5. Cəmil Hacıyev, 6. Mikayıl Rəhimov, 9. Orxan Əliyev, 10. Tərzin Cahangirov, 17. Pərdis Fərcad-Azad, 25. Fərid Kərimzadə

Baş məşqçi: Aqil Məmmədov

 

“Neftçi” – “Bakı” - 2:0

Qollar: Nikolas Kanales, 42; Julius Vobay, 65

Hakimlər: Xəlil Xəlilov, Mehman Mahmudov, Yaşar Abbasov, Coşqun Həsənov

Əlavə köməkçi hakimlər: Fariz Yusifov, İnqilab Məmmədov

İlk 2 dövrədəki oyunlar: 1:0, 3:1
“Bakcell Arena”

“Neftçi”: 30. Saşa Stamenkoviç, 4. Rahil Məmmədov, 5. Elvin Yunuszadə (k), 7. Araz Abdullayev, 10. Julius Vobay, 11. Nikolas Kanales, 16. Əziz Quliyev, 17. Rəhman Hacıyev, 18. Kaue da Silva, 21. Samir Məsimov, 28. Emin Mehdiyev

Ehtiyat oyunçular: 1. Aqil Məmmədov, 3. Denis Silva, 8. Elşən Abdullayev, 19. Mirhüseyn Seyidov, 22. Rauf Əliyev, 33. Orxan Bəşirov, 95. Elvin Bədəlov

Baş məşqçi: Arif Əsədov

“Bakı”: 12. Elxan Əhmədov, 2. Nicat Əsgərov, 5. Georgios Pelagias, 6. Vüqar Bəybalayev, 7. Nuran Qurbanov, 11. Tural Qürbətov, 19. Eltun Hüseynov, 56. Qeyrət Əliyev, 77. Ramazan Abbasov, 99. Kamil Nurəhmədov, 85. Jaba (k)

Ehtiyat oyunçular: 1. Elçin Sadıqov, 4. Ülvi Süleymanov, 9. Raul Yaqubzadə, 15. Azad Kərimov, 16. Rüstəm Rüstəmli, 21. Elşad Manafov, 55. Aydın Mustafazadə

Baş məşqçi: İbrahim Uzunca

 

“Simurq” – AZAL - 1:0

Qol: Draqan Çeran, 37-p.

44-cü dəqiqədə Freddi Mombomqo penaltidən yararlana bilməyib.

Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Vüqar Bayramov, Ramil Diniyev

lk 2 dövrədəki oyunlar: 2:0, 2:2

Zaqatala şəhər stadionu

“Simurq”: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov (k), 4. Xuan Alberto, 6. Samir Zərgərov, 10. Rəşad Eyyubov, 11. Draqan Çeran, 14. Vüqar Mustafayev, 18. Tural Axundov, 20. İdan Vaytsman, 26. Benjamin Lambot, 88. Marko Stanoyeviç

Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 3. Adam Banaş, 7. Elnur Abdullayev, 8. Patrik Osiako, 13. Əli Gökdemir, 15. Stepan Polyak, 22. Cihan Özkara

Baş məşqçi: George Çixradze

AZAL: 16. Stanislav Namaşko, 18. Orxan Lalayev, 15. Oskars Klava, 21. Novruz Məmmədov (k), 23. Aleksandr Şemonayev, 5. Kərim Diniyev, 7. Təmkin Xəlilzadə, 17. Viktor İqbekoyi, 3. Xuan Fransisko, 20. Freddi Mombonqo, 25. Valeriy Kutsenko

Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 4. Laşa Kasradze, 13. Şəhriyar Rəhimov, 9. Aydın Qasımov, 10. Nicat Qurbanov, 55. Fərid Hacıyev, 22. Eltun Yaqublu

Baş məşqçi: Tərlan Əhmədov

 

N

Klublar

O

Q

H

M

T-F

X

1

 Qarabağ

23

16

4

3

39-20

52

2

İnter

23

11

10

2

38-12

43

3

Neftçi

24

12

6

6

29-18

42

4

Simurq

24

10

5

9

35-26

35

5

Qəbələ 

24

9

7

8

30-32

34

6

AZAL 

24

8

7

9

27-31

31

7

Xəzər L 

24

7

5

12

30-36

26

8

Sumqayıt

24

4

7

13

23-36

19

9

Bakı

24

2

5

17

15-55

11

 

Bombardirlər: Draqan Çeran ("Simurq") - 12 qol; Nurlan Novruzov ("Bakı") - 11 qol.

 

0