Əliyar Ağayevdən “poker”
01.04.2015 - 08:09
Əliyar Ağayevdən “poker”

Azərbaycanlı hakim Əliyar Ağayev növbəti beynəlxalq oyununu idarə edib. Apasport.az saytının məlumatına görə, FİFA referimiz 19 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının elit-raundunun Almaniyada baş tutan Slovakiya – İrlandiya qarşılaşmasında fit çalıb.

 

Ağayev II qrupun III turu çərçivəsində idarə etdiyi matçda 2:2 hesablı heç-heçə qeydə alınıb. Həmyerlimiz bu görüşün əsas qəhrəmanlarından olub.

 

Belə ki, referi 90 dəqiqə ərzində 4 qırmızı vərəqə və 1 penalti verməsi ilə diqqət çəkib. 83-cü dəqiqədə Laslo Benes, 2 dəqiqə sonra Andrey Kadlets, final fitindən 4 dəqiqə öncə Mihal Siplakı meydandan qovan Ağayev Slovakiyanı 8 nəfərlə qoyub. 77-ci dəqiqədə onların qapısına penalti də təyin edən həmyerlimiz ilk 45 dəqiqədə 2 qol vuran şərqi avropalıların qələbəni əldən verməsində tol oynayıb. 90-cı dəqiqədə irlandiyalı Kevin Tonerə də qırmızı vərəqə verən hakim az sonra ada təmsilçisinin bərabərlik qoluna şahid olub. Bu 4 qırmızı vərəqədən 3-ü ikinci sarı üzündən göstərilibsə, Siplaka verilən cəza birbaşa olub

 

Qeyd edək ki, Ağayev I turun heç-heçə başa çatan (1:1) Slovakiya – Almaniya oyununun da baş hakimi olub.

0