[b]“Qarabağ” – “İnter” matçının hakimi açıqlandı[/b]
01.04.2015 - 09:29
[b]“Qarabağ” – “İnter” matçının hakimi açıqlandı[/b]

Topaz Premyer Liqasının XXVII turunun hakim təyinatları açıqlanıb. Apasport.az saytının məlumatına görə, bu gün start götürəcək turun iki görüşündə 4, ikisində 6 ədalət təmsilçisi iş başında olacaq.

 

AFFA-nın Hakimlər Komitəsi “Bakcell Arena”dakı qarşılaşmalarda əlavə köməkçi hakimlərin də olmasını lazım bilib. “Qarabağ”la “İnter” arasında turun mərkəzi oyunu isə FİFA referisi Rəhim Həsənova tapşırılıb.

 

XVII tur

01 aprel (çərşənbə)

 

15:00. “Simurq” – AZAL

Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Vüqar Bayramov, Ramil Diniyev

Zaqatala şəhər stadionu

 

17:00. “Xəzər Lənkəran” – “Sumqayıt”

Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Akif Əmirəli, Etibar Həsənov

“Xəzər Lənkəran” mərkəzi stadionu

 

17:00. “Neftçi” – “Bakı”

Hakimlər: Xəlil Xəlilov, Mehman Mahmudov, Yaşar Abbasov, Coşqun Həsənov

Əlavə köməkçi hakimlər: Fariz Yusifov, İnqilab Məmmədov

“Bakcell Arena”

 

02 aprel (cümə axşamı)

 

18:00. “Qarabağ” – “İnter”

Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Vaqif Musayev, Nahid Əliyev

Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Ömər Paşayev

“Bakcell Arena”

0