[b]Braziliya millisinin futbolçusu rəsmən “Real”da![/b] - FOTO
01.04.2015 - 09:30
[b]Braziliya millisinin futbolçusu rəsmən “Real”da![/b] - FOTO

“Real” mövsüm başa çatmamış daha bir futbolçunu transfer edib. Apasport.az saytının Rusiya mətbuatına istinadən xəbərinə görə, “kral klubu” “Porto”nun müdafiəçisi Danilonu heyətinə qatıb.

 

23 yaşlı sağ cinah müdafiəçinin keçidi ispanlara 31,5 milyon avroya başa gəlib. Braziliya millisinin üzvü özü isə yeni komandası ilə 6 illik müqavilə imzalayıb. Artıq hər iki klub bu transferi rəsmən bəyan edib.

 

Qeyd edək ki, Danilo Luis da Silva bu mövsüm Portuqaliya çempionatında 23 oyun keçirib, 3 qola imza atıb.

0