Dani Alveşin mövqeyinə 6 namizəd
01.04.2015 - 12:33
Dani Alveşin mövqeyinə 6 namizəd

Dani Alveşlə hələ də yeni müqavilə bağlamayan “Barselona” rəhbərliyi alternativ variantlar fikirləşməyə başlayıb. Apasport.az saytının məlumatına görə, kataloniyalılar həmin mövqeyə yeni oyunçu axtarışına çıxıblar.

 

Rəhbərliyin siyahısında 6 futbolçu – Serj Oryo (PSJ), Fabinyo (“Monako”), Mario Qaspar (“Vilyareal”), Matteo Darmian (“Torino”), Fabian Conson (“Borussiya” M.), Lukaş Pişekin (“Borussiya” D.) adı var. La Liqa təmsilçisi bu futbolçulardan birini heyətinə qatmağı planlaşdırır.

 

Qeyd edək ki, Alveş kimi, komandanın digər sağ cinah müdafiəçisi Martin Montoyanın da yayda klubdan ayrılacağı gözlənilir.

 

 

0