Mahir Şükürovun komandasının xalları silinə bilər
01.04.2015 - 13:34
Mahir Şükürovun komandasının xalları silinə bilər

Milli komandamızın müdafiəçisi Mahir Şükürovun formasını geyindiyi “Karşıyaka” klubu ciddi sanksiyaya məruz qalmaq təhlükəsi ilə üz-üzədi. Apasport.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, PTT I liqa komandasının xalları silinə bilər.

 

Məsələ burasındadı ki, “Karşıyaka” hələ də Beynəlxalq Klub Lisenziyasını ala bilməyib. Hüquqi, idman, aşağı yaş qrupu və maliyyə kriteriyalarına görə verilən bu lisenziyanı almaq üçün “Karşıyaka” son müraciətini edib. Əgər bu dəfə də klub istəyinə nail ola bilməsə, o zaman Şükürovun komandasının gələn mövsüm minimum 1, maksimum 8 xalı silinəcək.

 

Qeyd edək ki, eyni problemə görə, 2013-cü ildə də “Karşıyaka”nın 1 xalı silinmişdi.

0