[b]2 boksçumuz növbəti mərhələdə[/b]
01.04.2015 - 14:34
[b]2 boksçumuz növbəti mərhələdə[/b]

Rusiyanın Anapa şəhərində Nikolay Pavlyukovun xatirəsinə həsr olunan gənclər arasında ənənəvi boks turniri davam edir. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışın ikinci günündə boksçularımızdan ilk olaraq Pərviz Quliyev (64 kq) rinqə çıxıb. Həmyerlimiz gürcü rəqibi İşkeran Madiyevə uduzaraq, mübarizəni dayandırıb – 0:3. 


Yarışda komandamızın heyətində ilk qələbəni 75 kq çəki dərəcəsində çıxış edən Hacı Dilbazov qazanıb. Boksçumuz litvalı Tadaş Sakoçiusu üstələyib – 3:0. Millimizin üzvü növbəti mərhələdə rusiyalı Tulpar Atayevlə üz-üzə gələcək. 


49 kq çəki dərəcəsində mübarizə aparan Samir Hüseynli də komanda yoldaşının uğurunu davam etdirib. Hüseynli Rusiya idmançısı İqor Yeqorovu məğlub edib – 2:1. Boksçumuzun növbəti rəqibi qazasıxtanlı Saken Biboşinov olacaq. 


Elşən Qafarlı (52 kq) yarışla erkən vidalaşıb. Yığmamızın üzvü Gürcüstan nümayəndəsi Georgi Çarqaziyaya uduzub – 0:3. 


Hüseyn Tarverdili (69 kq) irlandiyalı Maykl Nevinə, Əli Qurbanov isə (81 kq) rusiyalı Vitali Baxmatova məğlub olub. 


Qeyd edək ki, yarışa aprelin 3-də yekun vurulacaq.

0