Tərlan Əhmədov: Günah məndədi
01.04.2015 - 17:00
Tərlan Əhmədov: Günah məndədi

“Hər iki komandanın ifasında mübarizəli oyun getdi. Futbolçulara demişdim ki, bu tip oyunlarda görüşün taleyini bir səhv həll edir. Rəqib şanslarından daha yaxşı yararlandı”. Apasport.az saytının məlumatına görə, bunu AZAL-ın baş məşqçisi Tərlan Əhmədov deyib.

 

Mütəxəssis Topaz Premyer Liqasının XXVII turu çərçivəsində AZAL-a 0:1 hesablı məğlubiyyəti şərh edib. O, bildirib ki, 44-cü dəqiqədə penaltini dəqiq yerinə yetirsəydilər, hər şey  fərqli ola bilərdi: “Məğlubiyyətə görə günah məndədi. Yəqin ki, komandanı oyuna yaxşı kökləyə bilməmişəm. Futbolçuların mübarizəsindən razıyam. Bizim hələ ki, şansımız var. Çətin oyunlardan qalib ayrılıb, məqsədə çata bilərik. Oyunda verilən penalti qərarlarına gəlincə, bu barədə geniş danışmaq istəmirəm. Epizoda daha yaxın olan şəxs hakimdi. Onun işinə isə müvafiq qurumlar qiymət verir”. 

 

Mənbə: pfl.az

 

0