Cavid İmamverdiyev qayıtdı
01.04.2015 - 17:25
Cavid İmamverdiyev qayıtdı

Türkiyənin “Elazığspor” klubunun formasını geyinən Cavid İmamverdiyev Bakıya qayıdıb. Apasport.az saytının məlumatına görə, PTT I liqa klubunda heyətdən kənarlaşdırılan milli komandamızın üzvü hazırda “Neftçi”nin stadionu “Bakcell Arena”dadı.

 

Müqavilə ilə “Neftçi”yə məxsus olan İmamverdiyev Topaz Premyer Liqasının XXVII turu çərçivəsində keçirilən “Neftçi” – “Bakı” matçını izləyir. O, qarşılaşmanın fasiləsində klubun Müşahidə Şurasının üzvü Sadıq Sadıqovla görüşüb, söhbətləşib.

 

Qeyd edək ki, “Elazığspor”la icarə müqaviləsi mövsümün sonuna qədər olan Cavid İmamverdiyev yay fasiləsindən etibarən “Neftçi”yə qoşulacaq.

0