“Bu etirazları normal qarşılayıram”
01.04.2015 - 18:40
“Bu etirazları normal qarşılayıram”

“Matçdan öncə müəyyən problemlər var idi. Erik Ramosun cəzalı, Flavinyonun zədəli olması müəyyən çətinliklər yaratmışdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Arif Əsədov deyib.

 

“Neftçi” Topaz Premyer Liqasının XXVII turu çərçivəsində “Bakı” üzərində 2:0 hesablı qələbə qazanıb. Əsədov mətbuat konfransında görüşöncəsi problemlərin olduğunu da etiraf edib: “Heyətdəki itkilərə baxmayaraq, bu gün qələbə qazana bildik. Fasilədən sonra ilk oyunlar həmişə gərgin keçir. Buna baxmayaraq, vaxt  ötdükcə öz oyunumuzu sərgiləyə bildik. Struktur dəyişikliyindən sonra rəhbərliklə görüşümüz olmayıb. Sadəcə, bir məsələni vurğulayım ki, biz öz işimizi görürük”.

 

“Bakı”nın baş məşqçisi İbrahim Uzunca isə məğlub olmalarına baxmayaraq futbolçularını tərifləyib: “Oyunda təcrübəli olan komanda qələbə qazandı. Heyətimizdə gənc oyunçular çoxdu. Düşünürəm ki, futbolçularda müəyyən yorğunluq var. Digər tərəfdən oyunçularım əllərindən gələni edirlər. Növbəti illərdə hər şey daha yaxşı olacaq. Unutmayaq ki, futbolçular belə qazanılır. Əvəz olunanların etirazına gəldikdə, bunu normal qarşılamaq lazımdı. Hansı oyunçu meydançadan çıxarıldığı zaman bununla razılaşır? Belə hallar futbolun qaydasıdı”.

0