Tanınmış məşqçi İran millisindən getdi
01.04.2015 - 19:17
Tanınmış məşqçi İran millisindən getdi

Futbol üzrə İranın yığmasının portuqaliyalı baş məşqçisi Karluş Keyroş tutduğu vəzifədən istefa verib. Apasport.az saytının Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İran Futbol Federasiyası bu qərarı millinin İsveçə 3-1 hesablı məğlubiyyətindən sonra verib.     

Dörd il ərzində İranın əsas yığmasında işləyən təcrübəli mütəxəssis, bunları deyib: “Bu müddətdə həm komanda, həm də bütün futbolçularla qürur duydum. Amma nə etmək olar? Bundan sonranı fikirləşmək lazımdır”.  

Qeyd edək ki, portuqaliyalı məşqçi daha öncə “Real” və Portuqaliya yığmasını da çalışdırmışdı.       

0