[b]İbrahimoviçin yerinə ya Messi, ya da... [/b]
01.04.2015 - 19:53
[b]İbrahimoviçin yerinə ya Messi, ya da...  [/b]

Fransanın PSJ  klubu indidən isveçli hücumçu Zlatan İbrahimoviçi əvəzləyə biləcək futbolçu axtarışındadı. Apasport.az saytı Fransa mətbuatına istinadən xəbər verir ki, 2016-cı ilin sonunda  PSJ ilə müqaviləsi bitəcək forvardın yerini ”Barselona”dan Messi və ya Neymar tuta bilər.

Fransız klubunun sahibi Nasir Əl-Xelaifi istənilən məbləğə Messini komandanın heyətinə qata biləcəyini açıqlayıb. Argentinalı ulduzun Kataloniya klubu ilə olan müqaviləsi 2018-ci ildə bitir.

Qeyd edək ki, gələn il İbrahimoviç 35 yaşında olacaq və böyük ehtimalla klubdan ayrılacaq.  

0