“Topçular”ın ulduzunu İspaniya çempionu istəyir
02.04.2015 - 00:50
“Topçular”ın ulduzunu İspaniya çempionu istəyir

“Arsenal”ın ispan futbolçusu Santi Kazorla, karyerasını vətənində davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, İspaniyanın məşhur “El Mundo” nəşrinə açıqlamasında  o, “Atletiko”dan rəsmi təklif olacağı təqdirdə, düşünə biləcəyini vurğulayıb.

 

“Daha çox qulağıma bəzi söz-söhbətlərin gəldiyinin şahidi oluram. Lakin indiki halda öz komandamda çox xoşbəxtəm”.

 

Qeyd edək ki, bəstəboy yarımmüdafiəçi indiyədək “topçular”ın heyətində 98 oyuna 23 dəfə fərqlənib. 

0