"Real"ın müdafiəçi problemi
02.04.2015 - 01:07
"Real"ın müdafiəçi problemi

“Real”ın müdafiəçisi Pepe aldığı zədə səbəbindən, iki həftə heyətdən kənar qalacaq. Apasport.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Barselona” ilə qarşılaşmada sıradan çıxan futbolçunun yalnız aprelin ortalarına kimi sağala biləcəyi mümkündü.

 

Portuqaliyalının 14 apreldə Çempionlar Liqasının “Atletiko” ilə keçiriləcək 1/4 final mərhələsinin ilk matçına qədər yetişdirilməsi ehtimalı var.

 

Xatırladaq ki, Pepe  Avro-2016-nın seçmə mərhələsi çərçivəsində Portuqaliya ilə Serbiya arasında baş tutan oyunu da buraxmalı olub. 

0