Nuri Şahindən kəskin açıqlamalar
02.04.2015 - 01:54
Nuri Şahindən kəskin açıqlamalar

“Alınsa Almaniya, alınmasa Türkiyə deyən bəzi futbolçular, milli komandaya heç gəlməsinlər”. Apasport.az saytının Türkiyə mətbuatına istinadən verdiyi məlumatına görə, bu sözləri “Borussiya”nın və  Türkiyə yığmasının yarımmüdafiəçisi Nuri Şahin deyib.

 

Daha sonra qeyd edib ki, Almaniya millisini seçməsi ilə bağlı ona bir sıra fikirlər söylənilib. Hətta komandanın son Dünya Çempionatındakı qələbəsindən sonra bu proses daha geniş vüsət alıb. Lakin Nuri Şahin Türkiyə millisində çıxış etməkdən qürur duyduğunu ifadə edib və bildirib ki, belə məsələləri sorğulamaq heç də düzgün deyil.   

0