Kanalesdən “Neftçi”yə hörmətsizlik: Formasını ayaqlar altına atdı - VİDEO
05.04.2015 - 21:47
Kanalesdən “Neftçi”yə hörmətsizlik:  Formasını ayaqlar altına atdı   - VİDEO

Bu gün Topaz Premyer Liqasında XXVIII turun oyunları keçirilib. Apasport.az saytının xəbərinə görə, "Neftçi" səfərdə "Simurq"u 1:0 hesabı ilə məğlub edib.


Zaqatalada baş tutan görüşdə xoşagəlməz hadisə yaşanıb. Belə ki, matçın 76-cı dəqiqəsində qol vuraraq, "ağ-qaralar"ı önə keçirən Nikolas Kanales klubunun formasına qarşı hörmətsizlik edib. Çilili hücumçu qol vurduqdan sonra formasını çıxararaq, yerə atıb. Meydançaya düşən futbolka oyunçuların ayaqları altında qalıb (futbolinfo.az).

0