Rauf Məmmədov Şəhriyar Məmmədyarovu qabaqladı
06.04.2015 - 09:51
Rauf Məmmədov Şəhriyar Məmmədyarovu qabaqladı

Rusiyanın paytaxtı Moskvada şahmat üzrə keçirilən ənənəvi “Aeroflot Open”ə yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışa 2 qrossmeysterlə qatılan Azərbaycan millisi vətənə medalsız qayıdıb.

 

Təmsilçilərimizdən ən yaxşı nəticəni Rauf Məmmədov (2658) qazanıb. 9 turdan 5 xal toplayan həmyerlimiz 19-cu yeri tutub.

 

Aktivində Məmmədovla eyni xal olan Şəhriyar Məmmədyarov isə əlavə göstəricilərə görə 31-ci pillədə qərarlaşıb.

 

22 ölkədən 72 zəka sahibinin mübarizə aparacağı yarışın qalibi adını Yan Nepomnyaşi (Rusiya) qazanıb. O, 7 xalla çempionluğu bayram edib. Daniel Dubov (7 xal) ikinci, İvan Bukavşin (hər ikisi Rusiya, 6,5) üçüncü olub.

0