Bakı-2015: [b]Avropa Oyunlarına bilet almısınızmı?[/b] - SORĞU
09.04.2015 - 12:45
Bakı-2015: [b]Avropa Oyunlarına bilet almısınızmı?[/b] - SORĞU

"Bakıda keçiriləcək Birinci Avropa Oyunlarının başlanmasına demək olar ki, iki ay qalıb. Tamaşaçılar oyunları canlı olaraq idman arenasından izləmək üçün satış köşklərinə yaxınlaşırlar. Paytaxtın 8 məntəqəsində satış mərkəzi quraşdırılıb".

 

"Almışam. Dostlarımla gedib baxmağı fikirləşirəm".
 

"Dünən internetdən biletləri aldıq. Oyunlar ərəfəsində burda olduğumuz üçün özümü çox şanslı hiss edirəm. Açılış gününə Türkiyədən dostlarımız da gələcək. Oyunları deyə bilmərəm, amma açılış gününə mütləq gedəcəyik".

 

"Yox almadıq. Hansı idmançının nə vaxt yarışacağı müəyyənləşmədiyi üçün almamışıq. Püşkatmanı gözləyirik. Bu bizim ölkəmizdədir, buna mütləq baxmaq lazımdır".

 

"Almağı düşünürəm. Amma bilmirəm "online" alım, yoxsa satış məntəqəsindən alım".

 

"I Avropa Oyunlarında könüllü kimi iştirak edəcəyəm. Ona görə bilet almamışam".

 

"Yox, təəssüf ki, mən Bakıda olmayacağam. Xaricdə yaşayıram".

 

"I Avropa Oyunlarının Bakıda keçirilməsini dəstəkləyirik. Bilet almamışıq. Amma "online" sistemlə alacağıq. Ailə üzvlərimizlə birlikdə iştirak edəcəyik".

 

"Düşünürük ki, "online" şəkildə daha rahat olar, elə evdən oturub alarıq".

 

"İstəyirəm bilet alım, tamaşaçı kimi iştirak edəcəyəm".

 

"Mən könüllüyəm, iştirak edəcəyəm".

0