[b]Azərbaycan şahmatçılarının qatıldığı yarışda TUALET qalmaqalı[/b]
13.04.2015 - 12:44
[b]Azərbaycan şahmatçılarının qatıldığı yarışda TUALET qalmaqalı[/b]

Dubayda keçirilən beynəlxalq şahmat turniri zamanı qeyri-adi hadisə yaşanıb. Apasport.az saytının məlumatına görə, gürcüstanlı qrossmeyster Qayoz Niqalidze oyun zamanı telefona baxdığı üçün yarışdan kənarlaşdırılıb.

 

Belə ki, erməni şahmatçı Tiqran Petrosyanla qarşılaşan Niqalidze dəfələrlə lövhənin arxasından qalxaraq, tualetə yollanıb. Orada smartfondan “şpalqarka” kimi yararlanaraq, öz gedişlərini analiz edib. Təşkilatçılardan biri təsadüfən tualetə getdikdə telefonu və ekranda görünən şahmat əlavəsində gürcünün görüşünü görüb.

 

Erməni şahmatçı da şübhələri ilə bağlı təşkilatçılara məlumat verib. Bu addımı həlledici gedişlər öncəsi atan Niqalidze isə telefondan istifadə etmədiyini bildirib.

 

Baş verənlərlə dərhal FİDE-yə məlumat verilib. Etdiyi hərəkətlərə görə gürcüstanlını 3 ilədək yarışlardan kənarlaşdırma gözləyir. Əgər o təkrar eyni hərəkətə yol verərsə, cəzası 15 il olacaq.

 

Qeyd edək ki, bu yarışda Azərbaycan şahmatçıları da mübarizə aparır. Artıq 7 turu arxada qalan yarışda 5,5 xala malik Qədir Hüseynov 6-cı, Zaur Məmmədov 8-ci, Eltac Səfərli 9-cudu. Digər həmyerlilərimizdən Nail Bəşirli və Xəyalə Abdulla, Günay Məmmədzadə 3,5, Zeynəb Məmmədyarova, Nərmin Məmmədova 3 xala malikdi və müvafiq olaraq, 71-ci, 72-ci, 85-ci, 93-cü və 95-ci yerdə qərarlaşıblar. 

0