[b]Yunis Hüseynov Ebola virusuna qarşı peyvənd ediləcək[/b]
16.04.2015 - 15:20
[b]Yunis Hüseynov Ebola virusuna qarşı peyvənd ediləcək[/b]

“Xəzər Lənkəran” klubunun idman-direktoru Yunis Hüseynov Afrikaya gedəcək. Bu barədə apasport.az saytına cənub təmsilçisinin mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu məlumat verib. O bildirib ki, 50 yaşlı mütəxəssisin "qara qitə"yə səfəri aprelin sonunda baş tutacaq.

 

O qeyd edib ki, səfərin baş tutması üçün Hüseynov bəzi şərtləri yerinə yetirməlidi. Bunlardan biri də Ebola və bu kimi viruslara qarşı peyvənd olunmaqdı: “Afrikaya getmək üçün Yunis müəllimə 7 iynə vurulmalıdı. Yəqin ki, o, bu ayın sonunda Maliyə gedəcək. Orda maraq dairəmizdə olan 2-3 futbolçu var. Onları izlədikdən sonra da Qanaya yollanacaq. Həmin ölkədə də bəzi oyunlara baxacaq. Təxminən 20 günə yaxın Afrikada qalacaq”.

 

Qeyd edək ki, “Xəzər Lənkəran” 2012-ci ildə də eyni praktikadan yararlanmış və nəticədə həmin vaxt heyətə cəlb edilən Sadio Tounkara hazırda komandanın liderlərindəndi.

 

Ruslan SADIQOV

0