[b]"Qəbələ" "Neftçi"yə yaxınlaşdı, "Qarabağ" Zaqataladan 3 xalla dönür[/b]
17.04.2015 - 20:49
[b]"Qəbələ" "Neftçi"yə yaxınlaşdı,  "Qarabağ" Zaqataladan 3 xalla dönür[/b]

Bu gün Topaz Premyer Liqasında XXX turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, eyni günə təsadüf edən 4 qarşılaşmadan üçü Bakıda, biri paytaxtdan kənara baş tutub.

 

Əyalətdə oynanılan yeganə qarşılaşmada çempionatın lideri “Qarabağ” “Simurq” üzərində inamlı qələbə qazanıb. Kubokun yarımfinalında da rəqib olduqlarından, 9 gündə 3 dəfə görüşməli olan tərəflərin 2-ci duelində Ağdam təmsilçisi yenə üstün mövqedə çıxış edib.  

 

Mükafatlar uğrunda mübarizə aparan “Neftçi” ilə “Qəbələ” də mərkəzi oyunda üz-üzə gəlib. Bakılılar “üçlük”də yerini möhkəmlətməyə çalışsa da, qonaqların əzmkarlığı buna imkan verməyib. Eyniadlı şəhərin klubu baxımlı oyunu ilə 3 xalı aktivinə yaza bilib və bununla da, "flaqman"a bir qədər də yaxınlaşıb.

 

Günün daha tez keçirilən digər iki oyununda  “İnter” aşkar favorit olduğu qarşılaşmada autsayder “Bakı”ya heç bir şans tanımayıb. “Bankirlər” rəqibini 4-cü dəfə də məğlub etməyi bacarıb.

 

AZAL və “Sumqayıt” arasındakı matç isə turnir cədvəlindəki dəyişikliyə gətirib çıxarmayıb. Belə ki, tərəflər hərəyə bir dəfə fərqlənməklə, qollu heç-heçəyə razılaşıblar. Komandalar turnir cədvəlindəki qonşularından xeyli aralalı düşdüyündən, oyun prinsipial əhəmiyyət daşımayıb.  

 

Qeyd edək ki, “Araz-Naxçıvan” çempionatdan çıxdığı üçün XXX turda “Xəzər Lənkəran” istirahət edib.

 

XXX tur

17 aprel (cümə)

 

 

“Neftçi” – “Qəbələ” - 1:3

QOLLAR:  Nikolas Kanales, 45 - Aleksey Qay, 24; Cavid Hüseynov, 50; Viktor Mendi, 86
Hakimlər: Əliyar Ağayev, Namiq Hüseynov, Vaqif Musayev, Mahir Məmmədov
İlk 3 dövrədəki oyunlar: 0:0, 0:0, 3:1
“Bakcell Arena”

“Neftçi”: 30. Saşa Stamenkoviç, 2. Karlos Kardozo, 3. Denis Silva Kruz, 5. Elvin Yunuszadə, 7. Araz Abdullayev, 10. Julius Vobay, 11. Nikolas Kanales, 18. Kaue da Silva, 19. Mirhüseyn Seyidov (k), 21. Samir Məsimov, 28. Emin Mehdiyev. 
Ehtiyat oyunçular: 1. Aqil Məmmədov, 4. Rahil Məmmədov, 8. Elşən Abdullayev, 15. Erik Ramos, 16. Əziz Quliyev, 17. Rəhman Hacıyev, 90. Ernest Nfor
Baş məşqçi: Arif Əsədov

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 4. Elvin Camalov, 9. Viktor Mendi, 14. Cavid Hüseynov, 15. Ruslan Abışov (k), 18. Ruslan Fomin, 19. Aleksey Qay, 20. Rikardinyo, 27. Bəxtiyar Soltanov, 34. Ürfan Abbasov, 44. Rafael Santos.

Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 5. Sadiq Quliyev, 6. Rəşad Sadiqov, 7. Ruslan Əmircanov, 16. Ruslan Tağızadə, 26. Pavol Farkaş, 32. Mixail Sivakov.
Baş məşqçi: Roman Qriqorçuk

 

 

“Simurq” – “Qarabağ” - 0:2
QOLLAR: Muarem Muarem, 18; 80
Hakimlər: Rəhim Həsənov, Nahid Əliyev, Azər Əsgərov, Elvin Əsgərov
İlk 3 dövrədəki oyunlar: 0:1, 2:3, 0:1
Zaqatala şəhər stadionu

“Simurq”: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov (k), 4. Xuan Alberto, 5. Vadim Abdullayev, 7. Elnur Abdullayev, 8. Patrik Osiako, 13. Əli Gökdemir, 15. Stepan Polyak, 18. Tural Axundov, 20. İdan Vaytsman, 22. Cihan Özkara

Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 3. Adam Banas, 6. Samir Zərgərov, 10. Rəşad Eyubov, 11. Draqan Çeran, 26. Benjamin Lambot, 88. Marko Stanoyeviç

Baş məşqçi: George Çixradze

“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 9. Reynaldo, 10. Muarem Muarem, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 41. Leroy Corc, 55. Bədavi Hüseynov, 77. Cavid Tağıyev

Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Hacı Əhmədov, 7. Namiq Yusifov, 11. Danilo Dias, 18. İlqar Qurbanov, 21. Tural Rzayev, 24. Admir Teli

Baş məşqçi: Qurban Qurbanov

 

“Bakı” – “İnter” - 1:2
QOLLAR: 
Nurlan Novruzov, 90+3 - Derlis Meza Kolli, 10; Əfran İsmayılov, 56
Hakimlər: Vüsal Əliyev, Munis Abdullayev, İsgəndər Əliyev, Xəlil Xəlilov
İlk 3 dövrədəki oyunlar: 0:7, 0:1, 0:4
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu

“Bakı”: 12. Elxan Əhmədov, 2. Nicat Əsgərov, 5. Georgios Pelagias, 55. Aydın Mustafazadə, 6. Vüqar Bəybalayev, 19. Eltun Hüseynov, 99. Kamil Nurəhmədov, 56. Qeyrət Əliyev, 10. Nurlan Novruzov (k), 77. Ramazan Abbasov, 11. Tural Qürbətov
Ehtiyat oyunçular: 1. Elçin Sadıqov, 15. Azad Kərimov, 85. Jaba, 45. Mahir Mədətov, 7. Nuran Qurbanov, 21. Elşad Manafov, 4. Ülvi Süleymanov
Baş məşqçi: İbrahim Uzunca

“İnter”: 25. Səlahət Ağayev (k), 4. İvan Benitez, 8. Mikel Alvaro, 10. Elvin Məmmədov, 17. Məhəmməd Mirzəbəyov, 19. Sezar Meza Kolli, 22. Əfran İsmayılov, 23. Vojislav Stankoviç, 33. Matiya Şpiçiç, 88. Derlis Meza Kolli, 91. Coşqun Diniyev 
Ehtiyat oyunçular: 96. Elşən Poladov, 15. Yohan Bokonyano. 21. Arif Daşdəmirov, 24. Fuad Bayramov, 28. Baçana Sxadadze, 80. Nizami Hacıyev, 82. Ruben Şaken
Baş məşqçi: Kaxaber Sxadadze

 

 

 AZAL – “Sumqayıt” - 1:1
QOLLAR: Məhəmməd Qurbanov, 90+1 - Valeri Kutsenko, 75
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Elşən Acalov, Etibar Həsənov
İlk 3 dövrədəki oyunlar: 1:0, 3:2, 0:0
“AZAL Arena”

AZAL: 16. Stanislav Namaşko,  3. Xuan Fransisko, 15. Oskars Klava, 21. Novruz Məmmədov, 18. Orxan Lalayev, 4. Laşa Kasradze, 9. Aydın Qasımov, 8. Seymur Əsədov, 13. Şəhriyar Rəhimov, 25. Valeriy Kutsenko, 27. Rəşad Abdullayev (k)
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 22. Eltun Yaqublu, 5. Kərim Diniyev, 7. Təmkin Xəlilzadə, 10. Nicat Qurbanov, 11. Ruslan Nəsirli, 24. Azər Məmmədov
Baş məşqçi: Tərlan Əhmədov

“Sumqayıt”: 63. Şahruddin Məhəmmədəliyev, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov, 5. Cəmil Hacıyev, 7. Ruslan Poladov (k), 15. Nodar Məmmədov, 17. Pərdis Fərcad-Azad, 18. Aleksandr Çertoqanov, 22. Tofiq Mikayılov, 45. Murad Ağayev, 92. Bəxtiyar Həsənalızadə
Ehtiyat oyunçular: 55. Məhərrəm Məhərrəmli, 6. Mikayıl Rəhimov, 10. Tərzin Cahangirov, 14. Məhəmməd Qurbanov, 50. Aqil Güləhmədov, 56. Ruslan Sorokin, 76. Uğur Pamuk
Baş məşqçi: Aqil Məmmədov

 

 

1

Qarabağ

27

18

6

3

44-22

60

2

İnter

26

13

11

2

42-13

50

3

Neftçi

27

13

7

7

33-23

46

4

Qəbələ

27

12

7

8

38-33

43

5

Simurq

27

10

5

12

35-30

35

6

AZAL 

27

8

8

11

29-38

32

7

Xəzər L 

26

7

6

13

32-40

27

8

Sumqayıt

26

4

9

13

24-37

21

9

Bakı

27

2

7

18

17-58

13

 

Bombardirlər: Nurlan Novruzov ("Bakı") - 13 qol, Draqan Çeran ("Simurq") - 12 qol

 

 

0