[b]Kamran Ağayevin kubok arzusu puç oldu[/b]
17.04.2015 - 09:26
[b]Kamran Ağayevin kubok arzusu puç oldu[/b]

Millimizin qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu “Kayserispor” kubok oyununa çıxıb. Türkiyə kubokunun 1/4 final mərhələsinin cavab matçında “Sivasspor”un qonağı olan Kayseri təmsilçisi yarımfinala adlaya bilməyib.

 

“Kayserispor”un əsas hədəfi Superliqaya vəsiqə qazanmaq olduğundan, baş məşqçi Cüneyt Dumlupınar bir neçə aparıcı oyunçuya istirahət imkanı verib. Onlardan biri də Kamran Ağayev olub. Yığmamızın üzvünün “18-lik”də yer almadığı görüşdə qapını Kayacan Ərdoğan qoruyub.

 

Sivaslılarla görüş 1:1 hesabı ilə nəticələnib. İlk oyunda da eyni hesab qeydə alındığından, penalti zərbələrinə ehtiyac duyulub. Burda isə daha dəqiq oynayan “Sivasspor” 2:1 hesabı ilə qələbə qazanaraq, adını yarımfinala yazdırıb.

0