[b]“Xəzər Lənkəran” ukraynalı futbolçu barədə bu gün qərar verə bilər[/b]
17.04.2015 - 09:44
[b]“Xəzər Lənkəran” ukraynalı futbolçu barədə bu gün qərar verə bilər[/b]

“Xəzər Lənkəran”ın çoxdandı yolunu gözlədiyi ukraynalı futbolçu Andrey Saxneviç Azərbaycana gəlib. Apasport.az saytının məlumatına görə, dünən axşam Bakıya gələn və dərhal Lənkərana yollanan 26 yaşlı müdafiəçi bu gün ilk məşqinə çıxacaq.

 

“Ağ-yaşıllar”ın baş məşqçisi Elbrus Məmmədov əməkdaşımızla söhbətində onunla bağlı qərarı qısa müddətdə verəcəyini bildirib: “Saxneviç bu gün komanda ilə məşqə çıxacaq. Axşam əsasən oyun planları üzərində hazırlıq keçəcəyik. Onu da orda yoxlayacam. Ola bilsin ki, elə həmin məşqdən sonra Saxneviç barədə yekun qərarımı verdim. Yəqin ki, sınaq müddəti uzun sürməyəcək. Hər şey futbolçunun özündən asılıdı”.

 

Qeyd edək ki, 182 sm boya malik olan Andrey Saxneviç 2005-2009-cu illər aralığında müvafiq olaraq, Ukraynanın U-17, U-19 və U-21 millilərinin şərəfini qoruyub. O, 2013-2014-cü illərdə Zaporojye "Metallurq"unun heyətində 40 oyun keçirib, 1 qol vurub. Kiyev “Dinamo”sunun yetirməsi bu ilin əvvəlindən klubsuzdu.

0