Ən çox borcu olan klublar - SİYAHI
17.04.2015 - 11:19
Ən çox borcu olan klublar  - SİYAHI

Avropa klublarının borclarının məbləği açıqlanıb. Apasport.az saytı xəbər verir ki, hazırda ən çox borc içində “batan” klub “Mançester Yunayted”di.

 

“Qırmızı şeytanlar”ın 500 milyon dollardan çox borcu var. İkinci sırada isə digər ingilis komandası “Arsenal” qərarlaşır. İlk “onluq”da daha iki ada təmsilçisi var. Bunlar “Fulhem” və “Bolton”du. Ən çox borcu olanlar arasında türk komandaları da var. “Qalatasaray” və “Beşiktaş” bu mənada “10-luğ”a düşüblərsə, “Trabzonspor” 107 milyonla 14-cü, “Fənərbaxça” isə 81 milyon dollarlıq borcla 17-ci pillədə yer alıb.

 

Ən çox borcu olan 15 klubun siyahısı belədi:

 

1. “Mançester Yunayted” - 569 milyon dollar

2. “Arsenal” - 384 milyon

3. “Şalke” - 382 milyon

4. “Valensiya” - 374 milyon

5. “Roma” - 355 milyon

6. “Fulhem” - 324 milyon

7. “Qalatasaray” - 300 milyon

8. “Bolton” - 267 milyon

9. “Beşiktaş” - 265 milyon

10. “Real” - 165 milyon

11. “Barselona” - 156 milyon

12. “Kuinz Park Reyncers” - 145 milyon

13. “Liverpul” - 110 milyon

14. “Trabzonspor” - 107 milyon

15. “Yuventus” - 83 milyon

0