“Barselona” Poqba üçün 2 futbolçusunu qurban verir
17.04.2015 - 13:39
“Barselona” Poqba üçün 2 futbolçusunu qurban verir

“Barselona” “Yuventus”un dayaq yarımmüdafiəçisi Pol Poqbanın transferində israrlıdı. Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumata görə, Kataloniya klubu bununla bağlı yeni təklif göndərməyə hazırlaşır.

 

İspanların idman direktoru Aryedo Brayda danışıq aparmaq üçün bu həftə Turinə yola düşəcək və “Yuve”nin baş direktoru Beppe Marotta ilə görüşəcək. 70 milyon avroluq təklifi qəbul edilməyən “Barsa” bu dəfə qarşı tərəfə müdafiəçisi Martin Montoya və yarımmüdafiəçisi Pedro Rodrigesi təklif edəcək.

 

Qeyd edək ki, tərəflər arasında razılıq əldə edilsə belə, “Barselona” cəzalı olduğu üçün Poqbanı gələn ilin yanvarında heyətinə qata biləcək.

0