[b]Yığmamız FİFA reytinqində geriləyəcək[/b]
17.04.2015 - 13:56
[b]Yığmamız FİFA reytinqində geriləyəcək[/b]

Azərbaycan millisinin növbəti FİFA reytinqindəki mövqeyi bəlli olub. Apasport.az saytının məlumatına görə, mayın 7-də rəsmən dərc olunacaq siyahıda yığmamız 1 pillə geriləyəcək.

 

Belə ki, aprelin 9-da dünyanın 115-ci komandası olan Robert Prosineçkinin yetirmələri bu dəfə 116-cı pillədə qərarlaşacaq. Bu, indidən açıqlanan təxmini cədvəldə də əksini tapıb.

 

Millimiz aprelin 9-dan mayın 7-dək olan müddətində heç bir oyuna çıxmayıb və belə matç planlaşdırılmayıb. Son 4 ilin də bu 28 günündə komandamızın rəsmi matçı baş tutmayıb. Bütün bunların da nəticəsidi ki, yığmamızın hesabındakı 264 xal dəyişməz qalıb.

 

Amma Sent-Vinsent ve Qrenadina 6 pillə irəliləyişə nail olub. Karib dənizindəki 32 kiçik adadan ibarət olan təxminən 120 minlik əhaliyə malik cırtdan ölkə təmsilçisi 29 xal qazanmaqla, hesabını 291-ə çatdırıb və sıçrayışa nail olub.

 

Qeyd edək ki, cədvəldə əksini tapacaq 4 həftədə kifayət qədər az oyun olduğu üçün təxmini cədvəldəki yalnız cüzi dəyişikliklər baş verib.

0