Anar Bəkirov: Onu 90 faiz gətirəcəyik
17.04.2015 - 16:52
Anar Bəkirov: Onu 90 faiz gətirəcəyik

“Peter Neuştadter bizdə hələ rəsmi fəaliyyətə başlamayıb. Amma bu məsələ artıq dəqiqləşmək üzrədi”. Bunu apasport.az saytına “Simurq”un prezidenti Anar Bəkirov deyib.

 

Bu yaxınlarda AFFA tərəfindən “Simurq”a idman direktoru kimi göndərilən Peter Neuştadterin məsələsi hələ də açıq olaraq qalır. Bəkirov isə yaxın günlərdə təyinatın rəsmiləşəcəyinə ümid edir: “Hazırda bunun müzakirəsi gedir. Elə bir az əvvəl AFFA-nın baş katibi Elxan Məmmədova zəng vurmuşdum, bu məsələ ilə bağlı söhbətimiz oldu. 1-2 günə həll olunacaq. Neuştadter 90 faiz gələcək. Zaqatalada uşaq futbolunun inkişafı mənim üçün çox maraqlıdı. Bu üzdən də, onun gəlib işə başlayacağına ümid edirəm”.

 

Qeyd edək ki, AFFA Peter Neuştadteri “Simurq”dan əvvəl “Rəvan”a göndərsə də, almaniyalı mütəxəssis çox keçmədən I divizion təmsilçisindən göndərilmişdi.

0