Kaxaber Sxadadze: 6:0 hesabı ilə qələbə qazana biləcəyimiz oyunda...
17.04.2015 - 17:39
Kaxaber Sxadadze: 6:0 hesabı ilə qələbə qazana biləcəyimiz oyunda...

“6:0 hesabı ilə qələbə qazana biləcəyimiz oyunda sadəcə 2:1 hesabı ilə üstün olduq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “İnter”in baş məşqçisi Kaxaber Sxadadze deyib.

 

Topaz Premyer Liqasının XXX turu çərçivəsində “Bakı” ilə səfər qarşılaşmasından sonra keçirilən mətbuat konfransında çıxış edən gürcü mütəxəssis artıq kubok görüşü barədə düşündüklərini deyib: “Qələbə qazanmaq vacibdi. Sevinirəm ki, bunu bacardıq. Bu, pozetiv məqamdı. Tez bir zamanda bu oyunu unudub, kubokun cavab qarşılaşmasına hazırlaşmalıyıq”.
 

”Bakı”nın çalışdırıcısı İbrahim Uzunca isə oyun barədə bunları söyləyib: “İlk qoldan sonra “İnter”in üstünlüyü var idi. Sonradan öz oyunumuzu yaxşılaşdırdıq. Lakin ardından ikinci qolu buraxdıq. Əgər ikinci qolu buraxmasaydıq, bəlkə də, hesab fərqli olacaqdı. İndi isə əsas məsələ digər oyunlara hazırlaşmaqdı”.

0