Cavid İmamverdiyevin komandasında Ümit Özat da matça çıxmayacaq
17.04.2015 - 18:28
Cavid İmamverdiyevin komandasında Ümit Özat da matça çıxmayacaq

Həmyerlimiz Cavid İmamverdiyevin komandası “Elazığspor”un Türkiyə  PTT I liqasında oyunlara çıxmaması ilə bağlı qərarından sonra, indi də klubun baş məşqçisi Ümit Özat analoji addımı atacaq. Apasport.az saytının qonşu ölkə mətbuatına istinadən məlumatına görə, çalışdırıcı tutduğu vəzifədən istefa etməyəcəyini  açıqlayıb.  

 

Belə ki,“Dənizlispor”la keçiriləcək oyun öncəsi bütün oyunçular sözü bir yerə qoyaraq, rəhbərliyi boykot etmək qərarına gəlib. Komanda üzvləri maaşlarını alana qədər də bu aksiyanı davam etdirəcəklərini vurğulayıblar. Rəhbərlik bir tədbir görməsə, “Dənizlispor”la sabahkı matç baş tutmayacaq və komandaya texniki məğlubiyyət veriləcək.

 

Qeyd edək ki, hazırda Elazığspor” maliyyə böhranı yaşayır və uzun müddətdən bəri maaş almayan futbolçular məşqə çıxmaqdan imtina ediblər. Klubda icarə əsasında forma geyinən Cavid İmamverdiyev isə baş məşqçi Ümit Özat tərəfindən heyətdən kənarlaşdırılmışdı.  

0