Əfsanəvi qapıçı "Çelsi"ni tərk edir
17.04.2015 - 19:26
Əfsanəvi qapıçı "Çelsi"ni tərk edir

“Çelsi”nin qapıçısı Petr Çex mövsüm sonunda komandanı tərk edəcək”. Apasport. az saytının məlumatına görə, ingilis mediasında yer alan xəbərlərdə qocaman futbolçunun PSJ-yə keçəcəyi bildirilir.

   

 

Hətta informasiyalara əsasən, Çexlə ilkin anlaşma da əldə olunub. “Çelsi”də uzun illərin əsas qapıçısını indi daha perspektivli, belçikalı Tibo Kurtua əvəzləyir.

 

 

Qeyd edək ki, Çexiya yığmasının üzvü ilə bir çox klublar, o cümlədən “İnter” və “Beşiktaş” da maraqlanır. Qapıçı, 2004-cü ildən “zadəganlılar”ın çərçivə qoruyucusudu.

0