Qurban Qurbanov: Ehtiyat oyunçularımızın sayı çox deyil
17.04.2015 - 20:12
Qurban Qurbanov: Ehtiyat oyunçularımızın sayı çox deyil

Topaz Premyer Liqasının XXX turunda lider “Qarabağ” səfərdə “Simurq”a iki cavabsız qolla qalib gəldi. Apasport.az saytının məlumatına görə, hər iki komandanın çalışdırıcısı oyundan sonrakı mətbuat konfransında bəzi məqamlara toxunub.

 

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov  ən vacib qələbələrimizdən birini qazandıqlarını düşünür: “ Düzdü, çox çətin oldu, oyunçular çox əziyyət çəkdi. “Simurq”a qarşı oynamaq həm xoşdu, həm də ağırdı. Mövsümün sonuna doğru getdikcə zədələr çoxalır. Bu amil bizi narahat edir. Ehtiyat oyunçularımızın sayı o qədər də çox deyil. Hər bir oyun, hər bir xal bizim üçün çox vacibdi. Hələ ki Zaqataladayıq. Burada kubokun cavab oyununa hazırlaşacağıq. Bizi qarşıda yenə ağır oyun gözləyir”.

 

“Simurq”un baş məşqçisi George Çixradze isə sərgilədikləri oyunla nəticənin üst-üstə düşmədiyi fikrindədi: ”Ardıcıl çətin oyunlar keçirmişdik. Buna görə, heyətdə müəyyən dəyişikliklərə getmişdik. Ümumi səhvlər buraxdıq. Bu da qolla nəticələndi. İndi istirahət etməli və növbəti oyuna hazırlaşmalıyıq”.

 

 

mənbə: PFL

 

0