[b]Uesli So Aniş Giri üzərində qələbəsindən danışdı[/b]
17.04.2015 - 20:54
[b]Uesli So Aniş Giri üzərində qələbəsindən danışdı[/b]

Mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess2015 turnirinin ilk turunda ABŞ təmsilçisi Uesli Soya uduzan Hollandiya şahmatçısı Aniş Giri məğlubiyyəti zəif oyunuyla izah edib: "Müəyyən mənada məğlubiyyətdən xilas olmaq mümkün idi. Amma rəqib təzyiqi artırdı və nəticədə istədiyi qələbəni qazandı. Partiyanın gedişində dəyişiklik etmək istəsəm də alınmadı. Təəssüf ki, məğlubiyyətlə başladım".
 

 

Uesli So qələbəni düzgün oyunuyla əlaqələndirib: "Belə səviyyəli turnirə qələbəylə başlamaq çox gözəldir. Növbəti turlara daha yaxşı hazırlaşacam. İstərdim uğurun davamı gəlsin. Bu ardıcıl üçüncü qələbəm oldu. Buna qədər ABŞ çempionatında son iki turda qalib gəlmişdim. Ardıcıl üç məğlubiyyətdən sonra 9-cu turda oyun zamanı kağıza müsbət sözlər yazmağa başladım. Kağıza yazırdım ki, uduzmaq, oyuna sona qədər və sair. Amma hakim 9-cu turda mənə texniki məğlbuiyyət verdi. Sən demə şahmat qaydalarında oyun zamanı yazmaq olmaz. Daha belə səhvlər etməyəcəm. Giri üzərində qələbə məni sevindirdi".

0