"Daha da inkişaf etməliyik"
17.04.2015 - 21:56
"Daha da inkişaf etməliyik"

“Son oyunlar  göstərdi ki, mən və komandam düzgün yoldayıq”. Apasport. az saytının məlumatına görə, bu fikirləri Topaz Premyer Liqasının XXX turunun mərkəzi qarşılaşmasından sonra mətbuat konfransında “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

 

Futbolçularının sərgilədiyi oyundan razı qalan çalışdırıcı nikbin danışıb: “Çox vacib qələbə qazandıq. Hər bir oyunçu özünə güvənirdi. Düzdü, ilk hissədə “Neftçi” hesabı bərabərləşdirdi. Amma biz özümüzə daha çox güvəndik və qollar vurduq. Qələbə onu göstərdi ki, biz psixoloji cəhətdən hazırıq”.

 

Lakin məşqçi komandanın bundan sonra da irəliləməkdə israrlı olduğunu diqqətə çatdırıb: “Daha da inkişaf etməliyik. Çalışmalıyıq ki, daha da irəli gedək. Topaz Premyer Liqasında zəif komanda yoxdu. Futbolçularımın hər biri öz işindən həzz almalıdı. Ardıcıl qələbələr əlavə motivasiyadı. Bu, oyunçuları növbəti gözəl oyunlara kökləyir”.
 

 

mənbə: PFL

0