[b]Arif Əsədov: 2-ci qolda Cavid Hüseynov əllə oynamışdı, amma...[/b]
17.04.2015 - 22:10
[b]Arif Əsədov: 2-ci qolda Cavid Hüseynov əllə oynamışdı, amma...[/b]

“Hakimlikdən danışmaq istəmirəm, oyunçular da ədalətli oyun prinsiplərinə əməl etmədilər”. Apasport. az saytı xəbər verir ki, bu və digər məqamlara “Neftçi” ilə “Qəbələ” matçının ardından paytaxt təmsilçisinin baş məşqçisi Arif Əsədov toxunub.

 

Mütəxəssis doğma meydanında olsa belə “flaqman”ın ağır qarşılaşmaya çıxdığını etiraf edib: “ Kubokdan əlini üzən “Qəbələ” bütün fikrini çempionata yönəldib. Biz isə həm çempionatda, həm də kubokda mübarizə aparırıq. Görünür ki, sıx qrafik oyunçularda yorğunluğa səbəb olub. Zədəli oyunçuların olması da oyunumuza təsir etdi. Hazırda bütün diqqətimizi kuboka yönəltmişik və bu matça hazırlaşmalıyıq”.

 

Əsədova görə, komandası ikinci 45 dəqiqəyə yaxşı başlasa da, hakim səhvi “Neftçi”nin oyununa təsir göstərib: “Rəqibin vurduğu ikinci qol çox şeyi həll etdi. Hakimlikdən danışmaq istəmirəm. Səhv etmirəmsə, ikinci qolda Cavid Hüseynov əl ilə oynamışdı.  Amma, oyunçular  ədalətli oyun prinsipinə də əməl edə bilərdi. Necə ki biz bəzi epizodlarda bunu etdik”.

 

 

Mənbə: PFL

0