[b]Yığmamızın hücumçusundan İsveçrədə dubl[/b]
18.04.2015 - 09:53
[b]Yığmamızın hücumçusundan İsveçrədə dubl[/b]

Qadın voleybolçular arasında İsveçrə çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışın qalibi Azərbaycan millisinin hücumçusu Natalya Məmmədovanın şərəfini qoruduğu “Volero” olub.

 

Sürix təmsilçisi final mərhələsində “Könits”lə qarşılaşıb və hər 3 görüşdə qələbəni bayram edib. Bununla da az öncə ölkə kubokunu da başı üzərinə “Volero” İsveçrə çempionatında ardıcıl 10-cu dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 

Qeyd edək ki, Məmmədova 2005/2006 mövsümündə də bu komandada oynayarkən ölkə çempionatının və kubokunun qalibi adını qazanmışdı. O, həmin vaxt İsveçrənin ən dəyərli və ən məhsuldar voleybolçusu da seçilmişdi.

0